XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 12:42

Elmar Məmmədyarovla Nalbəndyan yanvarın 18-də görüşəcək –Polşada

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.