XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2018 - 14:58

“Razılaşmamıza görə, Tramp mənə zəng etməli idi” –Ərdoğan

“Suriya məsələsinə görə ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o, mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.

Türkiyə lideri vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq telefon müzakirələri aparırlar: “Sonuncu dəfə 2-3 gün əvvəl danışmışıq”.

Report