XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 15:41

Serbiya Kosova ilə danışıqları dayandırdı –Balkan böhranı

Serbiya Brüsseldə keçiriləcək Kosova ilə dialoqun növbəti mərhələsində iştirakdan imtina edib.

Bunu jurnalistlərə açıqlamasında Serbiya hökumətinin nümayəndəsi Marko Curiç söyləyib.

Onun sözlərinə görə, Belqradın göndərdiyi nümayəndə heyəti serb siyasətçi Oliver İvanoviçin qətlinə görə görüşdən imtina edərək geri qayıdıb. O bu qətlin əsas hədəfinin Kosovanın şimalında xaos yaradaraq, bölgə əhalisini konfliktə cəlb etmək olduğunu bildirib.

Qeyd edək ki, İvanoviç bu gün qətlə yetirilib. O, Kosova serblərinin lideri idi/Axar.az.