XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 20:01

NATO-dan Ərdoğana cavab gəldi:"Ballistik raketlərə qarşı Türkiyənin müdafiəsini gücləndirdik"

"Getdikcə çətinləşməsinə baxmayaraq, NATO Türkiyədə sabitliyi qorumaq üçün görülən işləri davam etdirəcək".

Bunu NATO-nun adı açıqlanmayan nümayəndəsi Anadolu Agentliyinə açıqlamasında deyib.

“Suriyadan gələcək ballistik raketlərə qarşı Türkiyənin müdafiəsini gücləndirdik. Türkiyəyə erkən xəbərdarlıq sistemi olan AVAKS-ı gətirdik və Egey dənizinin şərqində donanmamızı gücləndirdik. Bütün bu addımlar NATO-nun Türkiyənin müdafiəsinə böyük diqqət yetirməsinin göstəricisidir”, – deyə bildirilib/Axar.az.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nu ciddi tənqid edib:

 “NATO-ya bir iradım var. “Ey, NATO, siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə bir addım atdınızmı?

Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq, Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvalarını bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi görünən marginallar mane ola bilər”. 

Strateq.az