XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2018 - 22:36

“Xəlil Rza və onun qəhrəman şəhid oğlunun ruhundan…” –Şairi və şəhid övladını təhqir edən gənc yazar üzr istədi

Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə görkəmli şair Xəlil Rza Ulutürk haqqında işlətdiyi ifadələrə görə üzr istəyib.

K.Böyükçöl etdiyi paylaşımda səhvə yol verdiyini etiraf edib.

"Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım. Buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir".

Teleqraf.com