XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 13:05

Tillerson dünya birliyinə çağırış etdi:"Şimali Koreyaya qarşı vahid mövqe nümayiş etdirməliyik"

ABŞ-ın dövlət katibi Reks Tillerson Şimali Koreya məsələsinə dair Vankuverdə keçirilən qlobal sammitdə tərəfdaşları bu dövlətə maksimum təzyiq göstərməyə və onun rəhbərliyinin beynəlxalq sanksiyalardan yayınmaq cəhdlərinə qarşı mübarizə aparmağa çağırıb.

Azərtac xəbər verir ki, Kanada, Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə yanaşı əyləşən Tillerson sammitdə toplaşan diplomatlara deyib: “Onlar Kim Çen Ina nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcəkləri barədə ümumi ismarıc göndərirlər”.

Tillerson ölkələri, o cümlədən Rusiya və Çini BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları genişləndirmək barədə keçən il qəbul edilmiş üç qətnaməsinə əməl olunmasını tam təmin etməyə çağırıb.

Xatırladaq ki, 2017-ci ildə Şimali Koreya 15 ballistik raket və bir nüvə sınağını həyata keçirib.