XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 10:35

Polşada Qarabağ müzakirəsi –Nalbandyan həmsədrlərlə görüşdü

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan yanvarın 17-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilib.

Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək/APA.