XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 11:17

İran Azərbaycan və Ermənistanla ortaq elektrik şəbəkəsi yaratmaq niyyətindədir –Açıqlama

İran Azərbaycanla elektrik enerjisi mübadiləsini daha da genişləndirmək niyyətindədir. 

Bunu IRNA agentliyinə müsahibəsində İran elektrik enerjisi paylayıcı şəbəkəsinin baş menecerinin müavini Seyid Zaman Hüseyni (Seyyed Zaman Hosseini) deyib.

S.Z.Hüseyninin sözlərinə görə, əldə edilmiş “swap” razılaşmasına əsasən, qışda Azərbaycan və Ermənistan İrandan elektrik enerjisi idxal edir, yayda isə əksinə, İrana ixrac edirlər. O, həmçinin rəsmi Tehranın bu ölkələrlə sinxronlaşdırılmış ortaq elektrik şəbəkəsi yaratmaq niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, hazırda İranın elektrik enerjisi ixracı idxaldan 3 dəfə çoxdur/Report.