XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 13:33

Təhsil Nazirliyinin göndərdiyi nişanlı müəllimə zorla qaçırılıb –Bərdə polisi axtarır

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.