XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2018 - 15:50

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın oldu –Polis pul tələb edən şəxsi saxladı

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

Hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir/Report.