XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 16:02

Azərbaycan-Pakistan işçi qrupunun görüşü başa çatdı –İki ölkənin ordusu arasında protokol imzalandı

Bu gün Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.