XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2015 - 07:11

İqtidarla müxalifətin növbəti görüşündə seçki islahatı müzakirə EDİLƏCƏK

dialoq.jpg

İqtidarla müxaliəfət partiyalarının növbəti görüşündə seçki islahatları məsələsi müzakirə olunacaq.

“Strateq.az” bildirir ki, bu barədə eks- baş nazir Pənah Hüseynov musavat.com-a müsahibəsində bildirib.

Müxalifət görüşdə seçki islahatı təklifini irəli sürüb

Onun sözlərinə görə, Prezident Adminstrasiyasının nümayəndələri ilə aparılan danışıqlar dialoq deyil. “ümumiyyətlə hazırkı prosesi əksər ekspertlər və biz dialoq adlandırmırıq. Bu dialoq mühitinin yaradılmasına xidmət edən addımlardır”.

P.Hüseyinin sözlərinə görə, 8 siyasi partiya birləşərək seçki islahatları təklifini irəli sürüb. “8 siyasi partiya birləşib, o cümlədənmənim rəhbərlik etdiyim partiya daxil olmaqla “Azadlıq-2015″ seçki bloku 2015-ci il parlament seçkiləri kontekstində seçki islahatları təklifini irəli sürüb. Böyük ehtimalla növbəti görüşdə seçki islahatları məsələsi müzakirə olunacaq”.

Müxalifət liderləri ilə bəzi kontaklar olub”

AXP lideri təkliflər siyahısında Seçki Məcəlləsinə dəyişikliklərin aparılmasından tutmuş, siyasi razılaşmaların əldə olunmasına qədər geniş bir kompleksi əhatə edən təkliflər var. “İki aydan bir görüşün keçirilməsi təklifi prezidentin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan gəlmişdi və təşkilatçılıq da onun şöbəsinin üzərindədir. Hələlik elə bir informasiya yoxdur. Ola bilər ki, bu gün, sabah görüşün lehinə və ya əleyhinə məlumat olacaq. Amma, indiyədək bir məlumat yoxdur. Məndə informasiya var ki, bəzi kontaktlar olub, təklif olunan məsələlər öyrənilir və yəqin ki, hansısa bir nəticə olacaq”.

“Bu təyinatlı deputat mandatı əldə etmək deyil”

P. Hüseyn “iqtidarla razılığa gedib deputat yerləri almalıyıq” fikrinin düzgün anlaşılmadığını deyib. Onun sözlərinə görə , müxalifətin əsas vəzifələrindən biri seçkili orqanlara, konkret olaraq parlamentə düşməkdən ibarətdir.

“Bunun üçün həm islahatların aparılması, həm də müəyyən razılıqların olması, hətta hakimiyyət qüvvələri ilə müəyyən kompromislərin və sazişlərin olmasını da istisna eləmir. Lakin bu təyinatlı deputat mandatı əldə etmək kimi başa düşülməməlidir, bu siyasi proses kimi başa düşülməlidir. Bu ölkədə avtoritarizmdən demokratiyaya keçid məsələsinə xidmət etməlidir. Bu kontekstdə getməlidir”.

X. Səfərli