XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 22:03

Elmar Məmmədyarov:"Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcək"

ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Bunu Xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”. 

APA