XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 07:21

İmzası ilə SSRİ-ni tarixdən silən məşhur prezident və sələfləri Bakıya GƏLİR

kravcuk.jpeg

Ukraynanın ilk prezidenti Leonid Kravçuk və digər keçmiş prezidentlər – Leonid Kuçma və Viktor Yuşenko gələn həftə Azərbaycana gələcəklər.

“Strateq.az” bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, səfərin məqsədi komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub. Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, 1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

Xatırladaq ki, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, Andorranın baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.