İsrail polisi Qüdsdəki Məscidi-Aksada namaz qılan 6 Türkiyə vətəndaşını həbs edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, həbs edilən türklər David adlı Polis Mərkəzinə aparılıblar.
Mərkəzdən fakt təsdiqlənsə də, həbsin səbəbləri açıqlanmayıb.
Məlumata görə, Türkiyənin Tel-Əvivdəki səfirliyi ilə Qüdsdəki Baş Konsulluğu həbs ediənlərin dərhal azadlığa buraxılması üçün diplomatik görüşlər keçirirlər.
Strateq.az