XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 15:20

YPG/PYD qüvvələrinə böyük zərbə –3 nüfuzlu komandirləri maşında partladıldı + FOTOLAR

Türkiyə ordusu PYD/YPG-nin nəzarətində olan Afrinə hücuma hazırlaşdığı bir ərəfədə terror qruplaşmasının 3 nüfuzlu komandiri öldürülüb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrindəki YPG/PYD qüvvələrinə dəstək vermək üçün Menbiçə toplanan terror qruplaşması dünən baş verən hadisə ilə böyük sarsıntıya düşüblər. Belə ki, qrupun 3 əsas komandirinin olduğu maşın hərəkətdə olarkən bombalı hücuma məruz qalıb: "Nəticədə PKK-nın Suriya qolu olan YPG/PYD-nin 3 nüfuzlu komandiri ölüb".

Xəbərdə o da bildirilir ki, Menbiçə toplanan YPG/PYD qüvvələri Afrinə keçmək və oradakı qrup üzvləri ilə birlikdə Türkiyəyə qarşı döyüşmək üçün yol axtarır. Lakin Menbiçlə Afrin arasındakı ərazilər Türkiyənin nəzarətində olduğundan onlar bunu bacara bimirlər. 

Xatırladaq ki, ABŞ-ın dəstəyi ilə Türkiyə-Suriya arasındakı 911 km-lik sərhədin yarıdan çoxunu işgal edən YPG/PYD terror qruplaşması Türkiyənin "Fərat qalxanı" əməliyyatı ilə bölünüb. 2016-cı ildə Cerablus-Azez xəttini qısa müddətdə terrorçulardan təmizləyən Türk ordusu 2017-ci ilin fevral ayında Əl-Babı da azad edərək, təhlükəsiz zona yaradıb. Həmin tarixdən Afrində mühasirədə qalan YPG/PYD qüvvələrinə qarşı Türkiyənin bu günlərdə hücuma keçəcəyi gözlənilir. 

Onu da qeyd edək ki, rəsmi Ankara Afrindən sonrakı hədəfinin Menbiç olduğunu bəyan edib.

Strateq.az