Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinə xüsusi təyinatlılar, haubitsalar və tanklar göndərib.
Strateq.az xəbər verir ki, Türkiyənin müxtəlif əyalətlərindən olan xüsusi təyinatlı dəstələri Hatay əyalətinin Reyhanlı, Hassa və Qırıqxan rayonlarına göndərilib.
Qeyd edək ki, ötən gün Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.