XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2018 - 19:18

Çavuşoğlu İraqın xarici işlər naziri ilə görüşüb- Bağdadda

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər.

Anadolu agentliyinin məlumatına əsasən, İraqın xarici işlər naziri bölgədəki terrorçu qruplaşmaların zərərsizləşdirilməsi istiqamətində fəaliyyətinə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib. Nazir bildirib ki, Türkiyə İraq hökumətinə və xalqına bütün sahələrdə kömək etməkdədir.

İraqın ərazi bütövlüyünün qorunmasına hər cür dəstək verməkdə davam etdiklərini və bu istiqamətdə aparılan danışıqları dəstəklədiklərini diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, İŞİD, PKK, YPG, KCK və PJAK ayrı-ayrı ideologiyalara xidmət etsə də, onların hamısı terrorçu təşkilatlardır və Suriyanın bütün bölgələri terrorçu qruplardan təmizlənməlidir(azərtac).