XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Yanvar 2018 - 23:08

“Zeytun budağı” əməliyyatı:Türk ordusu terrorçuların daha 45 hədəfini məhv edib

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti – yaraqlıların sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilib.

Bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.

Əməliyyata Türkiyə HHQ-nin 32 təyyarəsi cəlb olunub. Onlar qoyulan vəzifəni uğurla həyata keçirərək yerləşdikləri aerodromlara geri qayıdıblar/Report.