XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2015 - 07:49

Ziya Məmmədov qardaşı oğlunu vəzifəsindən azad EDİB –XƏBƏR

ziya.jpg

Nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı Rövşən Məmmədov öz qardaşı oğludur. Nazir onu “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib.

“Strateq.az” bildirir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. R. Məmmədovun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir. Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib. Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.

Qey edək ki, R. Məmmədovun işdən çıxarılması barədə xəbəri ilk olaraq Lent.az saytı yayıb.

İdarənin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.