XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 14:49

“Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” –Novruz Məmmədov

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb".

Strateq.az xəbər verir ki, bunu Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov "Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, Davos İqtisadi Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir:

"100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır".