XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 14:54

“Müddətdən artıq vəzifədə qalsam və diktatora çevrilsəm, məni güllələyin” –Prezidentdən şok tələb

Filippin prezidenti Rodriqo Duterte hərbçilərə tapşırıb ki, əgər konstitusiyanı pozsam və hakimiyyətdə daha üzün müddət qalmağa çalışsam, məni güllələyin.

Filippin rəhbəri bunu hakimiyyətdə 2022-ci ilə qədər qalmaq üçün konstitusiyaya dəyişikliklər edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib: "Hakimiyyətdə müəyyən olunmuş müddətdən artıq qalsam və diktatora çevrilsəm, məni güllələyin, zarafat etmirəm. Əgər prezidentlik müddətimi bir gün belə uzatsam, Filippin Silahlı Qüvvələri və polisini konstitusiyanı qorumağa çağırıram".

Qeyd edək ki, R.Duterte 2016-cı ildə prezident seçilib/Trend.