XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 16:26

“Azərişıq” AMEA-nın yaranma günündə işığı kəsdi –23 min borca görə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

 Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (DETİ) əsasında SSRİ Elmlər Akademiyası (EA) Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrilib.