XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 17:25

“Qaçqınlar evlərinə qayıdanadək əməliyyatlar davam edəcək” –Rəsmi Ankara

“Keçmişdə olduğu kimi “Zeytun budağı” əməliyyatları haqqında da dezinformasiya yayılmasını müşahidə edirik”.

Bunu Türkiyənin Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən müşavirənin yekunları barədə açıqlamasında deyib. 

O qeyd edib ki, müşavirə təhlükəsizlik məsələlərinə həsr olunub və Afrin əməliyyatları geniş müzakirə olunub: “Azad Suriya Ordusu üzvləri və onlara dəstək verən Türkiyə Silahlı Qüvvələrimizə aid birliklər Afrində təsbit edilən separatçı terror qruplaşmasına aid hədəfləri məhv edərək daha mətn addımla irəliləyir. Terrorçularla mülki əhalini ayrıd etmək məsələsinə əvvəlki əməliyyatlarda oldğu kimi, yenə də hassas yanaşırıq və bununla bağlı mövqeyimiz dəyişməyib. Separatçı terror qruplaşması bölgədən tamamilə təmizlənənə, Suriyanın əsl sahibləri olan və hələ də ölkəmizdə yaşayan 3,5 milyona yaxın qaçqın qardaşlarımız öz evlərinə qayıdanadək əməliyyatları davam etdirəcəyik”.

Report