XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2018 - 20:05

Azərbaycan prezidenti Gürcüstanın Baş naziri ilə görüşdü –Davosda + FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.