XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 20:24

“Ərazi bütövlüyü əsas məsələdir, əks halda bütün dünyada xaos olar” –Baş nazir

"Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun "Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

Baş nazirin sözlərinə görə, ərazi bütövlüyü əsas məsələdir və şübhə altına alınmamalıdır: "Əks halda biz yalnız regionda deyil, bütün dünyada xaos əldə etmiş olarıq”. 

G.Kvirikaşvili deyib ki, Gürcüstanın Qərbə meylliyi ilə bağlı siyasəti nə Rusiya, nə də digər qonşu ölkələrə qarşı yönəlib.    

APA