XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 21:15

Prezident “RİA Novosti”yə açıqlama verdi:"Hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk"

Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan  (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

Bu barədə “RİA Novosti”yə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, – deyə prezident vurğulayıb.     

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”. 

APA