XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 22:41

“Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq üzrə yeni danışıqlar aparır” –Prezident

"Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır, bu istiqamətdə heç bir məhdudiyyət yoxdur".

Bunu RİA "Novosti"yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bu, bizdə daim diqqət zonasında olan prosesdir. Hazırda danışıqlar gedir. Siz yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar istehsal olunur. Hazırda hansısa konkret ad çəkmək mənim üçün çətindir, lakin bütövlükdə bizim bu sahədə əməkdaşlığımız məhsuldardır", — deyə o, Ümumdünya İqtisadi Forumu kuluarlarında bildirib.

Prezident qeyd edib ki, Azərbycan Rusiya ilə 5 milyon dollarlıq müqavilə imzalayıb.

"Onların əksəriyyəti həyata keçirilib. Tədarüklər bizə çatıb. İndi əməkdaşlıq üzrə gələcək planlar üzərində işləyəcəyik. Azərbycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur", — deyə o, bildirib/Report