Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.