Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı Türkyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb.
Yaralı hərbçilər Gülbaba sərhədyanı kəndindəki təxliyyə məntəqəsinə gətirilərək oradan Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirilib.
Təcili xidmət bölməsində müalicə olunan hərbçilərin səhhətinin yaxşı olduğu bildirilir.