XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2018 - 19:10

Səbail RİH:"Bayılda sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək"

Səbail Rayon İcra Hakimiyyətində Bayıl yamacındakı sürüşmə ilə əlaqədar xüsusi qərargah yaradılıb.

İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, qərargahın iclasından sonra rayon icra hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları həmin əraziyə gedərək sakinlərlə görüşüblər.

"Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvvəqqəti olaraq evlərini tərk edib qohumları və yaxınlarının evlərinə köçmələri tövsiyə olunub. Ərazi polis nəzarətinə götürülüb. Digər sakinlərin yerləşdirilməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Məsələ ciddi şəkildə nəzarətdə saxlanılır və əlava tədbirlər görülür", – məlumatda qeyd olunub.