XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 00:25

“Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərimiz davam edəcək” –Polşa XİN

Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

“Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun Krakovda keçirdikləri görüşün nəticələrini alqışlayır”, deyə nazirliyin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin deyilir ki, ölkə mübahisə və münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli prinsipinə tövhəsini verəcək: “Polşa BMT Təhlükəsizlik Şurasında 2018-2019-cu illərdə qeyri-daimi üzvlüyü çərçivəsində bu sahədə fəal rol oynayacaq”.

Trend