XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 14:16

Almaniya ilə Türkiyə arasında gərginlik yumşalır –Rəsmi Berlindən Ankaraya jest

“Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli dövlətlər siyahısından çıxarıb”.

Bunu Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzeti yazıb.

Məqalədə bildirilib ki, Almaniya kansleri Angela Merkel ötən ili noyabrın 14-də Adil Öksüzün tapılması üçün ölkəsinin bütün təhlükəsizlik və kəşfiyyat orqanlarına tapşırıq verib. Vurğulanıb ki, A.Öksüz 2016-cı il iyulun 15-də Türkiydə dövlət çevirlişinə cəhdin əsas fiqurlardan sayılır.

Almaniya hökumətinin başçısı terrorçu PKK qruplaşması üzvlərinin də axtarılaraq, həbs ediləcəyini vəd edib.

Türkiyə Prezidenit Rəcəb Tayyib Ərdoğan bu məsələlərə görə A.Merkelə təşəkkürünü bildirib. 

Qeyd edək ki, Almaniya hökuməti Türkiyəni jurnaslitlərə təzyiq göstərməkdə günahlandırmış və KİV nümayəndələri üçün təhlükəli ölkələr siyahısına daxil etmişdi/Report