XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 16:17

“Bayıl yamacında iki yeraltı çayın axdığı müəyyən edilib” –Rəsmi

Bayıl yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu gün Bayılada sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə keçirdiyi görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, ərazidə apaşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir/Trend.