XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 22:38

AŞPA-nın Alt Komitəsinin yeni tərkibi təsdiqləndi –Sezar Florin Preda sədr,  Səməd Seyidov üzv seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi təsdiqlənib.

Məlumata görə,  AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda Alt Komitənin sədri seçilib.

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib. Alt Komitənin sədri və üzvləri bir il müddətinə seçiliblər.

Xatırladaq ki, bundan əvvəl Münaqişələr üzrə Alt Komitənin sədri missiyasını AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Ştefan Şennak həyata keçirib/Report.