Türkiyə otdusu Afrində daha bir kəndi PKK/PYD terrorçularından azad edib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı rəsmi məlumat yayıb.
Bildirilib ki, bu gün Afrinin şimal-qərbində yerləşən Ali Bekki kəndi terrorçulardan təmizlənib: "Bu günə qədər Afrində 394 PKK/PYD və İŞİD terrorçusu və 340-dan çox hədəf (silah anbarları, gizli tunellər, texnika və s) məhv edilib".