XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2018 - 17:31

“Şəhidlərimizə görə çox ağır bədəl ödəyəcəklər” –Ərdoğandan sərt mesaj

Türkiyə ordusu Afrində Azad Suriya Ordusu (ASO) ilə birlikdə 20 şəhid verib.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan məlumat verib.

O, bildirib ki, şəhidlərdən 3-ü türk əsgəridir və bütün şəhidlərin qanı yerdə qalmayacaq: "30 əsgərimiz isə yaralanıb. O terrorçular şəhidlərimizə görə çox ağır bədəl ödəyəcəklər. Onların qanı yerdə qalmayacaq".

Onu da qeyd edək ki, bu gün Türk ordusu Afrinin şimal-qərbində yerləşən Ali Bekki kəndini də  terrorçulardan təmizləyib.

Bu günə qədər Afrində 394 PKK/PYD və İŞİD terrorçusu və  340-dan çox hədəf (silah anbarları, gizli tunellər, texnika və s) məhv edilib.