XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 22:30

Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib- Haaqada

Hollandiyanın Haaqa şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə bu gün gecə 02:30 radələrində baş verib. Dörd nəfər maskalı naməlum şəxs binaya hücum edərək, onun ön və arxa pəncərələrini sındırıblar.

Dərnəyin sədri İlham Aşkının sözlərinə görə, naməlum şəxslər hadisə yerindən qaçıblar. O qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

“Hücumun kim tərəfindən törədildiyi önəmli deyil, onlar türk millətinin hüzurunu poza bilməz. Biz öz fəaliyyətimizi davam etdirəcəyik”, deyə Aşkı bildirib.