XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2018 - 00:52

İranda İŞİD-ə qarşı əməliyyat –16 terrorçu həbs edilib, bir neçəsi öldürülüb

İranın qərbində Sepah ilə İŞİD-in 21 nəfərlik üzvü arasında atışma baş verib.

Atışma nəticəsində İŞİD qruplaşma üzvlərindən 16 nəfər həbs edilib.

İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidmətinin rəhbəri Məhəmməd Pakvər məlumat yayıb.

O bildirib ki, atışma bu gün günorta saatlarında baş verib, 16 terrorçu həbs edilib, bir neçə nəfər öldürülüb.

M. Pakvər bildirib ki, atışma  Bamo bölgəsində baş verib. Sepahın  "Nəcəf"  briqadası qüvvələrindən 3 nəfər həlak olub, terrorçulardan iki nəfəri qaçmağa çalışıb, hazırda Sepah qüvvələri onları mühasirəyə alıb.

O qeyd edib ki, terrorçular  ölkə daxilində və sərhəd bölgəsində terror aktları törətməyi planlaşdırıbmış.

APA