XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 14:44

İtaliya polisi erməni deputatı Romada həbs etmək istəyir:"Məlum olub ki, məni “İnterpol” axtarır"

İtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib.

Bu barədə müxalif “Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni “İnterpol” axtarır və 2008-ci ildən bu yana tapa bilmir”, – deyə N. Paşinyan qeyd edib.

O, hansı cinayət üzrə axtarıldığı barədə heç nə yazmayıb/APA