XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 17:43

Azərbaycan ordusu böyük təlimlərə başlayır –Müdafiə Nazirliyi + FOTOLAR

Azərbaycan ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb. Bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Orduda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.