XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 09:38

Əli Həsənov “seçkilər”ə münasibət bildirdi

eli-hesenov.jpg

Əli Həsənov: “Bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov martın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə münasibət bildirib.
Ə. Həsənov deyib ki, Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq: “Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”. (APA) Dövlət rəsmisi Ermənistanın kəlbəcərli girovlarla bağlı tutduğu mövqeyə də münasibət bildirib. “çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır” deyə, Ə.Həsənov vurğulayıb.
Ə. Həsənov bildirib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır: “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır”.
“Qarabağ məsələsində addım atılmadıqca, Ermənistanla sərhədləri aça bilmərik”. APA-nın sondakika.com-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin “soyqırım iddialarının 100-cü ildönümündə Ermənistan və ermənilər mövzusunda bir təşəbbüsünüz olacaqmı” sualına cavab verərkən deyib.
“Şərtimiz odur ki, Qarabağ məsələsində addım atılmadıqca, sərhədlər açılmayacaq. Putin, Olland və Obama ilə söhbətlərimizdə onlar “maraqlandıq, maraqlanacağıq” deyirdilər, hələ heç bir nəticə yoxdur” deyə, Ərdoğan əlavə edib.
Bu arada Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın rəhbəri olduğu Türkiyə Gənclik və Hizmət Vakfının (Türgev) təqdimat mərasimində iştirak edib. Bu barədə “Yeni Müsavat”a qurumdan məlumat verilib. Qeyd edək ki, Ankarada düzənlənən təqdimat mərasiminə Türkiyə prezidenti də qatılıb. Bundan başqa, Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri və digər nüfuzlu şəxslər də toplantı iştirakçıları arasında olub.