XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 21:06

Mihraç Ural Soçi görüşünə gəldi –Rəsmi Ankara Rusiyadan izahat tələb edir

Türkiyə hökuməti Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçirilən sülh danışıqlarında terrorçu Mihraç Uralın iştirak etməsindən dolayı hərəkətə keçib.

Türkiyə Xarici İşlər Nazirliyi bu səbəbdən dolayı Rusiya XİN-dən və MN-dən izahat tələb edib.

Rusiya tərəfi isə siyahıda adı qeyd edilməyən bu şəxsin konfransda hansı yolla iştirakını dəqiqliklə araşdıracağını bildirib.

Xatırladaq ki, ən təhlükəli terrorçulardan hesab edilən Mihraç Ural THKP-C “Acilcilər” adlı terror qruplaşmasının rəhbəridir.

O, Hatay vilayətində 52 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində şübhəli bilinir.

Maraqlı məqam ondan ibarətdir ki, hələ 2 il öncə sözügedən terrorçunun Suriyada öldürüldüyü və gizlicə basdırıldığı deyilmişdi/Axar.az.