XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 23:10

“Ermənistanın Atom Elektrik Stansiyasını tez bağlamaq lazımdır” –Avropa İttifaqından tələb

"Ermənistanın Atom Elektrik Stansiyasını tez bir vaxtda bağlamaq lazımdır".

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə energetika, nəqliyyat, ətraf mühit, iqlim və mülki müdafiə məsələləri üzrə Ermənistan – Avropa İttifaqı (Aİ) alt komitəsinin 5-ci iclasında xarici işlər üzrə Avropa xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlərə dair şöbə müdirinin müavini Dirk Lorents deyib:

"Biz əminik ki, Ermənistanın Atom Elektrik Stansiyası mümkün qədər tez bir zamanda bağlanılmalıdır. Çünki təhlükəsizliyə dair beynəlxalq tələblərə cavab vermək üçün onun vəziyyətini yaxşılaşdırmaq mümkün deyil".

Qeyd edək ki, bu, Aİ-nin rəsmi şəxsləri arasında Ermənistana qarşı irəli sürülən ilk tələb deyil. Bir neçə gün əvvəl təşkilatın digər nümayəndəsi də Yerevana qarşı belə bir tələb irəli sürüb.