Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Suriya böhranının həlli üçün Soçidə keçirilən “Milli Dialoq Konqresi”nin nəticələrini müzakirə ediblər.
M.Çavuşoğlu və R.Tillerson Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi antiterror əməliyyatının gedişi barədə də fikir mübadiləsi aparıblar.