XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 11:31

Lavrovla ATƏT sədri görüşəcək –Qarabağ münaqişəsi müzakirə ediləcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçiriləcək.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər görüşdə Ukraynanın şərqində və Qafqazda mövcud vəziyyət, Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələrində irəliləyişlər, eləcə də Rusiya-İtaliya münasibətlərini müzakirə edəcəklər.

 Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı ATƏT-in 2018-ci ilə dair fəaliyyət planı əsas müzakirə mövzusu olacaq.

 Diplomatların Dnestryanı və Dağlıq Qarabağ münaqişələrini də müzakirə edəcəyi bildirilir.