XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2018 - 12:19

Milli Məclisin komissiyalarının tərkibi yenidən təsdiqləndi –SİYAHI

Milli Məclisin bu gün keçirilən iclasında Hesablayıcı və İntizam komissiyalarının tərkibi 2018-ci il üzrə təsdiq üçün müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır.

Sənəd səsə qoyularaq təsdiq olunub. 

Qeyd edək ki, İntizam komissiyasının sədri Ağacan Abıyev, üzvləri Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədir. Hesablayıcı komissiyanın sədri isə Fəttah Heydərovdur.

Komissiyanın tərkibinə deputatlar Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov və Mixail Zabelin daxildir.