XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2018 - 15:06

“Onların elmi işinin dövlətə xeyri yoxdursa, niyə pul verilməlidir?” –Deputatdan etiraz

"Yazırlar, müdafiə edib, elmlər namizədi olurlar. Deyirlər ki, buna əlavə əməkhaqqı verilməlidir. O zaman əlavə pul verilməlidir ki, həmin işin cəmiyyətə, dövlətə xeyri olsun. Dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: "Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə deyil. Bu, çox vacib məsələdir”.

Report