“Suriyanın Afrin bölgəsində keçirdiyimiz əməliyyata görə Qərb bizə haqq qazandırır”.
Bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının 214 əyalət təşkilatı sədrlərinin toplantısında bildirib.
Afrindəki antiterror əməliyyatından danışan Türkiyə prezidenti deyib ki, əməliyyat bölgə terrorçulardan tam təmizlənənədək davam edəcək: "Terrorçu PKK qruplaşması və onun Suriyadakı qolları olan YPG və PYD-nin əsas hədəfi Türkiyədir”.
Report