XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2018 - 11:08

“Fitch”:"Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq"

 

"Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta – manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. 

"Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.